IFES/CELA Demokratiyanın Gənc Dəstəkçisi mükafatı

Seçki Sistemlərinin Beynəlxalq Fondu (IFES) və Vətəndaş Təhsili Lektorlar Asosiyyasiyası (CELA) demokratiya və yaxşı idarə prinsiplərini müdafiə etmək, öz fəaliyyətləri ilə demokratik dəyərlərə - Gürcüstanda bərabərliyin, tolerantlığın, rəngarəngliyin və insan hüquqlarına hörmətin yayılması və inkişafına yardımçı olan vətəndaşların əməklərini dəyərləndirmək və göstərmək üçün  hər il veriləcək ilk mükafatı təqdim edir.

IFES beynəlxalq, qeyri-kommersial təşkilatdır. Bu təşkilat yaxşı idarəyə və nisbətən az təqdim olunan əhalinin öz icmasında və ya ölkə miqyasında gedən siyasi proseslərdə iştirak etməsinə dəstək olur, onların bu proseslərə fəal olaraq qoşulmalarını gücləndirir. IFES təsis edildiyindən 30 il ərzində dünyanın 100-dən çox ölkəsində çalışmışdır.

CELA yerli, qeyri-hökumət, qeyri-kommersial təşkilatdır. Bu təşkilat vətəndaş təhsili sahəsinin universitet kursu lektorlarını birləşdirir. CELA-nın missiyası Gürcüstanda vətəndaş təhsilinin gücləndirilməsi və kurumsallaşması, vətəndaşların vətəndaş anlamının və qoşulmalarının artırılmasıdır.      

IFES/CELA-ya Demokratiyanın Gənc Dəstəkçisi namizədinin təqdim edilməsi kriteriyaları və prosesi

  • Namizəd 14 yaşından 29 yaşınadək Gürcüstan vətəndaşı olmalıdır;
  • Yerli icma və ya ölkə miqyasında həyata keçirilən vətəndaş fəallıqlarının aktiv və fərqli üzvü olmalıdır.

Namizəd, yerli icmadan, və ya ölkə miqyasında insan haqları, bərabərlik və ədalətin müdafiəsi məsələlərinə dair, diskriminasiyaya qarşı mübarizə etmiş və digər vətəndaş fəallıqlarına qoşulmuş aktiv və fərqli gənc ola bilər.

Demokratiyanın Gənc Dəstəkçisi mükafatı elə vətəndaşa veriləcək ki, hansı ki, icması qarşısında duran, çətinliklərin öhdəsindən gəlmək üçün fəal olaraq çalışırdı, insan haqlarını həyata keçirməyə mane olan çağırışları müzakirə edir və səsləndirirdi. Mükafat, həmçinin öz yaşıdlarına vətəndaş tədbirlərinə fəal qoşulmağa və cəmiyyətin fəal üzvləri olmalarına yardım edən gəncə də aid ola bilər.

Namizədlərin təqdim edilməsi elektron forma vasitəsi ilə mümkündür. Bu formada namizəd tərəfindən demokratik dəyərlərə dəstək üçün həyata keçirilən fəallıqlar və təşəbbüslər təsvir edilməlidir. Yaxşı olardı ki, sizin tərəfinizdən təqdim olunan namizədin işi haqqında əlavə materiallar – qəzet və ya sosial media məqalələrəri əlavə edəsiniz. Özünü namizəd kimi təqdim etmək müzakirə olunmur.

Namizədin təqdim edilmə tarixləri və sənədlər

Namizədin təqdim edilməsinin başlanma tarixi:                                                         22 mart 2017-ci il

Namizədin təqdim edilməsinin son tarixi:                                                                  15 aprel 2017-ci il

Mükafatlandırılma mərasimi:                                                                                      22 aprel 2017-ci il

 

Təqdim etmə formasi  https://docs.google.com/forms/d/e/1FAIpQLSfb1IwVVGjW54rQzBdmuQMXWqkHacbojUtDUZz5Pr2M0vHuKA/viewform

Təqdim etmə prosesi və təqdim etmə formasını doldurmaq haqqında əlavə suallar olduğu halda,  2017-ci ilin 22 mart tarixindən 15 aprel tarixinədək sonrakı elektron ünvana yaza bilərsiniz:  info@ifes.org